“XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisinin açılışı baş tutdu

25.02.2020 / Sərgilər
“XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisinin açılışı baş tutdu

       Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə XX əsr tarixinə “Əsrin genosidi” kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq məqsədi ilə elan olunmuş “XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi 24 fevral 2020-ci il saat 16:00-da baş tutdu.
       Tədbiri giriş sözü ilə Azərbaycan Rəssamlar İttifaqının katibi, professor Ağaəli İbrahimov açaraq 26 fevral tarixinin Azərbaycan xalqının başına gətirilən bir genosid faktı oldunu qeyd etdi. Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvazov balaca rəssamlara qan yaddaşımızdan olan Xocalı soyqırımını unutmadıqlarına və tabloya köçürdükərinə görə təşəkkür etdi. Tədbirdə həmçinin Əməkdar rəssam Aydın Rəcəbov, Əməkdar rəssam Rəfael Muradov, rəssam Nazim Məmmədbəyov, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin əməkdaşı Azər Rəhimov çıxış edərək XOCALI GENOSİDİNİN Azərbaycan xalqının taleyində bir yara olduğunu qeyd etdilər.
        Tədbir iştirakçılara şəkil çəkdirməklə diplom təqdimetmə mərasimi ilə davam etdi və Xocalı abidəsinin önünə çiçək qoyma mərasimi ilə başa çatdı.
        Müsabiqəyə Respublikamızın müxtəlif guşələrindən 700-dən çox uşaq, 1300-ə qədər əsəri ilə vertual qaydada qatılmışdır. Tədbirə 225 uşağın hər birindən bir əsər olmaqla sərgilənmək üçün dəvət olunmuşdur.
        Həmçinin yekun sərgidə tanınmış rəssam Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi Cəlal Ağayev özünün müsabiqənin adı ilə eyni adlı “Şəhid şəhər” əsəri ilə təmsil olunurdu.
         Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olundular.