“Harmoniya” adlı qrup sərgisi açılıb - Xəbərlər - ADRQ
sa sa 465
“Harmoniya” adlı qrup sərgisi açılıb “Harmoniya” adlı qrup sərgisi açılıb + Foto Mart 06, 2020 | 11:00 / Sərgilər

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə martın 5-i Akademik Opera və Balet Teatrında rəssam, heykəltəraş və fotoqrafların “Harmoniya” adlı qrup sərgisi keçirilib. 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan sərgidə 30-a yaxın rəssam, heykəltəraş və fotoqraf iştrak edib, ekspozisiyada 50-dən çox əsər sərgilənib. Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək iştirak edən bütün rəssamları təbrik edib,  beynəlxalq qadınlar gününün əhəmiyyətinə toxunub. Qeyd edib ki, tariximizdə qadınlar müdrikliyi, işgüzarlığı ilə parlaq səhifələr yazıblar. Azərbaycan təsviri sənətində rəssamlar qadın obrazına müraciət edib, müxtəlif üslub və texniklarda əsərlər yaradıblar. Azərbaycan qadınının bütün dövrlərdə gözəl örnəkləri olub. Tariximizdə qadınlar müdrikliyi, işgüzarlığı ilə parlaq səhifələr yazıblar.    Tədbirdə çıxış edən Xalq rəssamı Arif Hüseynov və Sirus Mirzəzadə sərgidə əsərləri nümayiş olunan müəlliflərə uğurlar arzulayıblar. Sərgi təsviri sənətin müxtəlif sahələri ilə yanaşı, bədii fotoqrafiya sənətinə olan marağı artırmaq, cəmiyyətdə qadının yeri və roluna diqqət çəkmək məqsədilə həyata keçirilib. Sərginin ekspozisiyasında müxtəlif üslub və texnikalarda işlənmiş rəngkarlıq, heykəltəraşlıq və bədii fotoqrafiya nümunələri, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərlər də nümayiş olunub.   Sərgidə iştirak edən rəsam, heykəltəraş və fotoqraflar diplomlamla təltif olunublar.  Sərgi “Parlaq” Yaradıcı Gənclər İctimai Birliyinin üzvləri musiqi nümunələrinin müşayiəti ilə davam edib.   

 

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook