sa sa 440
Gənc sənətşünaslar tanınmış rəssamın emalatxanasında iş prosesi ilə tanış olublar + Foto Sen 26, 2017 | 10:00 / Görüşlər

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Emalatxanada görüş” layihəsinin üçüncü mərhələsi davam edir.

Layihənin növbəti mərhələsi Xalq Rəssamı Tofiq Ağababayevin emalatxanasında baş tutub. Görüşdə gənc sənətşünaslar tanınmış rəssamın emalatxanasında iş prosesi ilə yaxından tanış olublar, rəssamlıq sənətinin özəllikləri ətrafında müzakirələr aparıblar.

Layihə gənc sənətşünaslarla birgə Azərbaycan rəssamlıq sənətinin müasir inkişaf məsələlərinin, rəssamların bədii yaradıcılıq axtarışlarının, onların yaradıcılığındakı bədii tendensiyaların, orijinal ideyaların müzakirəsinə, araşdırılmasına və geniş auditoriyaya əyani təqdim edilməsinə yönəlib. Layihənin məqsədi gənc sənətşünaslarda tədqiqat və yaradıcı müzakirə vərdişlərinin təkmilləşməsinə stimul yaratmaqdan ibarətdir.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook