Azərbaycan rəssamlarının Novruz bayramına həsr olunmuş virtual sərgisi açılıb

20.03.2020 / Sərgilər
Azərbaycan rəssamlarının Novruz bayramına həsr olunmuş virtual sərgisi açılıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə bir çox qalereyalar, muzeylər 2020-ci ilin aprel ayının 29-dək ziyarətçilər üçün bağlanılmışdır. Bunu nəzərə alaraq Azərbaycan Dövlət Rəsm Qalereyası gənc rəssamların əsərlərindən ibarət “Novruz həmrəyliyi” adlı virtual sərgi keçirib.

Aksiya xarakteri daşıyan sərgi Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərini özündə birləşdirən Novruzu rəssamların yaradıcılığında yaşatmaq, diqqət mərkəzində saxlamaq məqsədi ilə həyata keçirilib.
AXIN üzvləri ilə yanaşı Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus əsərlər də yer alıb.