“Evdə Qal-Qalib Gəl!” layihəsinə rəssam Vüqar Muradov qoşulub

01.04.2020 / Mühüm hadisələr
“Evdə Qal-Qalib Gəl!” layihəsinə rəssam Vüqar Muradov  qoşulub

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqəsədilə ölkəmizdə xüsusi karantin rejimi tətbiq edilir.

Bunu nəzərə alaraq, Azərbaycan Dövlət Rəsm Qalereyası Evdə Qal, Evdə yarat! çağrışına uyğun olaraq, rəssamları Evdə Qal-Qalib Gəl! devizi altında birləşməyə yeni virtual layihəyə qoşulmağa dəvət edir.

Layihə çərçivəsində  müxtəlif  aksiyalar, rəssamların ustad dərsləri, həmçinin  incəsənət tarixi və nəzəriyyəsi haqqında mühazirələr  keçirilir.  

Layihəni qalereyanın sosial media hesabları  və rəsmi saytı (azgallery.az) vasitəsilə izləmək mümkündür.

Bu çağırışa istedadlı rəssam Vüqar Muradov da qoşulub.