Evdə Qal-Qalib Gəl! layihəsinə Şəhla Qəhrəmanlı da qoşulub

09.04.2020 / Mühüm hadisələr
Evdə Qal-Qalib Gəl! layihəsinə  Şəhla Qəhrəmanlı da qoşulub

Azərbaycan Dövlət Rəsm Qalereyası Evdə Qal, Evdə yarat! çağrışına uyğun olaraq, rəssamları Evdə Qal-Qalib Gəl! devizi altında birləşməyə yeni virtual layihəyə qoşulmağa dəvət edir.

Layihə çərçivəsində  müxtəlif  aksiyalar, rəssamların ustad dərsləri, həmçinin  incəsənət tarixi və nəzəriyyəsi haqqında mühazirələr  keçirilir.  

Layihəni qalereyanın sosial media hesabları  və rəsmi saytı (azgallery.az) vasitəsilə izləmək mümkündür.

Bu çağırışa qoşulanlar sırasında dəyərli rəssam Şəhla Qəhrəmanlı da var.