“Vətənin tərənnümü” etüd rəsm müsabiqəsinin yekun sərgisi açılıb

13.10.2017 / Sərgilər
“Vətənin tərənnümü” etüd rəsm müsabiqəsinin yekun sərgisi açılıb

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Vətənin Tərənnümü” devizi altında etüd müsabiqəsinin yekun sərgisi 13 oktyabr 2017-ci il tarixində Xətai Sənət Mərkəzində keçirilmişdir. Nəzərinizə çatdıraq ki , yekun sərgidə 46 rəssamın, münsiflər heyəti tərəfindən seçilmiş 80-ə qədər etüdü nümayiş olunmuşdur.