“Evdə Qal-Qalib Gəl” layihəsi çərçivəsində rəssam Vüqar Əlinin görkəmli bəstəkar Qara Qarayevə həsr etdiyi portret sənətsevərlərə təqdim edilib

15.04.2020 / Mühüm hadisələr
“Evdə Qal-Qalib Gəl” layihəsi çərçivəsində rəssam Vüqar Əlinin görkəmli bəstəkar Qara Qarayevə həsr etdiyi portret sənətsevərlərə təqdim edilib

Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən “Evdə Qal-Qalib Gəl! layihəsinə qoşulan rəssam Vüqar Əli  layihəyə öz töhvəsini verməyə davam edir.

Belə ki, layihəyə yaradıcılıq prosesini əhatə edən ustad dərs ilə qoşulan rəssam daha sonra layihə çərçivəsində 1998-ci illərə aid Bakı və Bakı kəndlərini tərənüm edən etüdlərindən bəhs edən "Köhnə bağlar"  filmi işıq üzü görmüşdür.

Sonuncu olaraq “Evdə Qal-Qalib Gəl” layihəsi çərçivəsində istedadlı rəssamın Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevə həsr etdiyi portret sənətsevərlərə təqdim edilib.

Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən “Evdə Qal-Qalib Gəl” layihəsi pandemiya dövründə rəssamaları bir araya toplamaqla yanaşı layihə çərçivəsində maraqlı aksiyalar, Azərbaycan təsviri sənətini əhatə edən silsilə mühazirələr və müxtəlif istiqamətli layihələr həyata keçirtməsi sosial şəbəkə istifadəçilərinin də marağına səbəb olmuşdur. Belə ki, qalereyanın instagram sosial şəbəkəsində izləyiciləri artıq 5000 nəfəri keçib. Azərbaycan Dövlət Rəsm Qalereyası rəssamları virtual layihəyə qoşulmağa dəvət edir.

Qalereyanın həyata keçirdiyi layihələri müxtəlif platformalardan izləmək mümkündür.

Sayt: www.azgallery.az

Facebook:ADRQalereya.az

Instagram:@azgallery.az

Youtube:Azerbaycan Dovlet Resm Qalereyası