“Evdə Qal-Qalib Gəl!” layihəsinə rəssam Fərhad Yalquzaq qoşulub

15.04.2020 / Mühüm hadisələr
“Evdə Qal-Qalib Gəl!” layihəsinə rəssam Fərhad Yalquzaq qoşulub

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqəsədilə ölkəmizdə xüsusi karantin rejimi tətbiq edilir.

Bunu nəzərə alaraq, Azərbaycan Dövlət Rəsm Qalereyası Evdə Qal, Evdə yarat! çağrışına uyğun olaraq, rəssamları Evdə Qal-Qalib Gəl! devizi altında birləşməyə yeni virtual layihəyə qoşulmağa dəvət edir. 

Bu çağırışa qoşulanlar sırasında  rəssam Fərhad Yalquzaq də var.