Gənc sənətşünaslar tanınmış rəssamın emalatxanasında iş prosesi ilə tanış olublar - Xəbərlər - ADRQ
sa sa 660
Gənc sənətşünaslar tanınmış rəssamın emalatxanasında iş prosesi ilə tanış olublar + Foto Sen 14, 2017 | 11:37 / Görüşlər

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan “Emalatxanada görüş” layihəsinin üçüncü mərhələsinə sentyabrın 11-də start verilib. 
   Layihə gənc sənətşünaslarla birgə Azərbaycan rəssamlıq sənətinin müasir inkişafı məsələlərinin, rəssamların yaradıcılığında bədii tendensiyaların, üslub özəlliklərinin, orijinal ideyaların müzakirəsi, araşdırılması və geniş auditoriyaya təqdim edilməsi məqsədi daşıyır.
   Layihənin növbəti mərhələsinin ilk görüşü Xalq rəssamı Mirnadir Zeynalovun emalatxanasında gerçəkləşib. Ay ərzində həmçinin xalq rəssamları Tofiq Ağababayev və Fazil Nəcəfovun emalatxanalarında görüşlərin keçirilməsi nəzərdə tutulur. 
   Gənc sənətşünasların layihəyə cəlb edilməsində məqsəd onlarda tədqiqat aparma və yaradıcı müzakirə vərdişlərinin təkmilləşməsinə stimul yaratmaqdan ibarətdir. Tanınmış rəssamların emalatxanalarda iş prosesləri ilə yaxından tanış olan gənclər görüşlərdəki müzakirələrə dair fərqli baxışlarının nəticəsi olaraq esse, yazı və digər materiallar hazırlayacaqlar. Bu yazıların layihənin bloq səhifəsində (emalatxanadagorush.wordpress.com) yayımlanması nəzərdə tutulur.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook