Bərpaçılıq sahəsində dünya təcrübəsi

23.04.2020 / Maraqlı məlumatlar
Bərpaçılıq sahəsində dünya təcrübəsi

 

Hər bir sənət əsəri sənətkarın zəhmətinin bəhrəsidir. Daim axtarışda olan və həmişə sərbəstliyi, azadlığı sevən bu insanların öz dünyası var. Bəzən tamaşaçını heyrətə gətirən sənət əsərlərinin çoxu bu dünyanın məhsuludur. Hamımızın zövqünü oxşayan və nəsildən-nəslə ötürülən bu əsərləri qoruyub saxlayan, onlara əbədi həyat bəxş edən bir mədəniyyət müəssisəsi və sənətkarlar var. Onlar öz işinin ustası olan bərpaçılardır.

Bərpaçıların fəaliyyəti bir növ zərgər işinə bənzəyir. Onlar hər bir əsərə invidual yanaşaraq onu, yenidən həyata qaytarırlar. İtmiş rəng qatını bərpa edib, qoruyucu lakın və çirkin təmizlənməsi yalnız  sözün əsl mənasında  sənət əsərlərini xilas edən “bərpaçı təbiblərin” işidir. Məhz birgə fəaliyyətin nəticəsində  neçə-neçə elmə məlum olmayan adları  üzə çıxarıb, naməlum müəlliflərin əsərlərinin mənşəyini müəyyənləşdirmişdir.

Dünyanın hər istiqamətində Azərbaycan, Fransa, İtaliya, Rusiya və.s. məşhur bərpaçılar var.

Bədii irsin qorunub gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayan bərpaçılıq sənətinin Azərbaycanda yaranma təşəbbüsünü ilk dəfə ötən əsrin ortalarında, o illər istedadlı rəngkar kimi tanınan Fərhad Hacıyev (1929-1987) tərəfindən irəli sürülür.

Fərhad Hacıyev- Azərbaycan Dövlət İncəsənət muzeyində bərpaçı-rəssam olaraq çalışmış, 1954-1957-ci illərdə Moskvada V.İ.Surikov adına Dövlət Rəssamlıq İnstitutunda məşhur bərpaçı rəssam İ.E.Qrabarın təşkil etdiyi Ümumittifaq bərpaçılar kursunda bu sənətin sirrlərini öyrənmişdi.

O illərdə ölkənin baş muzeyi sayılan İncəsənət muzeyində və digər aparıcı muzeylərdə bərpaya və qorunmaya ehtiyacı olan sənət əsərləri kifayət qədər idi. Fərhad Hacıyevin isə bu sahədə əldə etdiyi bilik və bacarıqları tətbiq etmək üçün geniş şərait yaranmışdı. Fərhad  Hacıyev çıxdığı bu məsuliyyətli yola təhlükədə olan səkkiz rəngkarlıq əsərindən birini seçməklə başlamışdı. Bu əsər  Qərbi Avropa rəssamlıq məktəbinin nümunəsi  olan “Monastrapteki” tablosu idi. Naməlum holland rəssamına  aid olan bu rəngkarlıq  nümunəsinin bərpasını 1962-ci ildə bitirmiş, bərpaçı rəssam, ona ikinci həyatını bəxş etmişdi. Tablonun ölçüsü elə də böyük olmasa da, bərpası beş il sonra tamamlanmış və sənətsevərlərin alqışını qazanmışdı. Bərpaçı rəssamların 1978-ci ildə təşkil olunan ilk sərgilərində , Fərhad Hacıyev tərəfindən bərpa edilən 170 sənət əsərinə- Azərbaycan Dövlət İncəsənət Muzeyi, Şirvanşahlar sarayı dövlət tarix–memarlıq muzey kompleksi, Azərbaycan Dövlət Din Tarixi muzeyi, Azərbaycan Dövlət tarix Muzeyi, M.Əzizbəyovun ev muzeyinin eksponatları daxil idi.

Fransa muzeyləri, sərgi qalareyaları eləcədə zəngin mədəni irsi ilə fərqlənən ölkələrdən biridir. Məhz buna görə də burada bərpaçılıq sənəti yüksək səviyyədə inkişaf etmişdir. Buradakı məşhur Alix Laveau, Virginie Trotignon Aubert,  Maria Letizia Profiri, Marion Dindeleux və.s. kimi bərpaçılar vardır ki, onların fəaliyyətini xüsusi qeyd etmək lazımdır.

Alix Laveau- 2001-ci ildə Romadakı nüfuzlu Mərkəzi Bərpa İnstitutu (ISCR) bitirdi və Fransa muzeyləri ilə işləmək üçün ezam edildi.

Luvr, Versal Sarayı, Roma Muzeyi, Doria Pamphilj Qalereyası kimi möhtəşəm qurumlarla əməkdaşlıq edərək 18 ildən çox konservasiya və bərpa təcrübəsinə malikdir. Beynəlxalq xüsusi kolleksiyaçılar, qalereyalar və auksion evləri ilə geniş əməkdaşlıq etmişdir.

Kətan, bürünc, fresk, heykəl üzərində rəsm çəkmək üzrə ixtisaslaşmış və Corot, Giotto, Antoine Watteau, Anselm Kiefer və Domenichino kimi böyük sənətkarların əsərlərini bərpa etmişdir. Onun üçün uğurlu bir bərpa, ön tədqiqat, elmi analiz və işin daxili təbiətini qorumaq üçün bərpaedicinin bacarıqlı və bu sahədə yüksək biliyə malik olmasıdır. Məşhur fransız bərpaçı Alix Laveau ildə bir neçə dəfə əsərini tamaşaçılara təqdim edər, həmçinin fransız, italyan və ingilis dillərində danışır.

Virginie Trotignon Aubert- Avignon Gözəl Sənətlər Məktəbi məzunudur və Fransa muzeyləri ilə işləmək üçün peşəkar bacarığa malikdir. Luvr, Orsay Muzeyi və Versal Sarayı kimi muzeylərlə əməkdaşlıq etməkdə 30 ildən çox təcrübəyə malikdir. Şəxsi kolleksiyaçılar, qalereyalar və auksion evləri ilə işləmək sahəsində də böyük təcrübəyə malikdir. Şüşə,kətan, divar rəsmləri üzərində rəngləmədə nadir görülən peşəkarlıqla ixtisaslaşmışdır. Onun bərpa etdiyi bəzi əsərlər Rubens, Nicolas de Largillière, Rigaud, və Winterhalter kimi ustalar tərəfindən hazırlanmışdır.

Maria Letizia Profiri- Romadakı Mərkəzi Bərpa İnstitutu məzunudur və 25 ildən çox bərpa təcrübəsinə malikdir. Karyerasını həm İtaliyada, həm də Fransada keçmiş, burada hər iki ölkənin dövlət qurumlarında işləmək üçün təyin edilmişdi. 1984-1994-cü illərdə Romanın Klassik və Müasir İncəsənət Milli Qalereyasının baş bərpaçısı idi.

Bundan sonra Fransada Luvr, Jeu de Paumenin Milli Qalereyası, Orsay Muzeyi və Paris şəhərinin Müasir İncəsənət Muzeyi kimi qurumlarda çalışmışdır. Kətan üzərində rəsm və struktur işləri üzrə və müasir və klassik incəsənətin qorunması-bərpası sahəsində ixtisaslaşmışdır. Bir çox sənətkarların əsərləri üzərində bərpa işləri aparmışdır. Xüsusən də Pablo Picasso, Giorgio de Chirico, Serge Poliakoff, Yves Klein, Arman, Pierre Soulages, Jean-Michel Basquiat və Anselm Kieferin müəllifi olduğu əsərlər.

Marion Dindeleux- Paris Condé məktəbinin məzunudur və kətan üzərində rəngləmə mövzusunda ixtisaslaşmışdır. İki illik təcrübəyə malikdir və Parisdəki bir çox studiyada, xüsusən Arcane və Studio Bis-də işləmişdir.

Fransadan sonra zəngin mədəni irsi ilə hər il milyonlarla turistin diqqətini özünə cəlb edən İtaliyanın adında bu sahədə xüsusi qeyd etmək lazımdır. Hər il aparılan aexeoloji qazıntılar nəticəsində tapılan artefaktlar bunun bariz nümunəsidir. Təbii ki muzey mühitində eləcə də fondda saxlanılan bütün muzey əşyalarının hər zaman diqqət və qayğıya ehtiyacı var. Lakin bəzi hallarda təbii yaxud süni təsirlərin nəticəsində muzey əşyalarına ziyan dəyə bilir. Bu işin öhdəsindən isə öz işinin professionalı olan bərpaçılar gəlir. İtaliyada Umberto Baldini, Vittorio Granchi kimi məşhur bərpaçıların fəalliyyəti haqqında qeyd etməsək olmaz.

Umberto Baldini- Toskanada, 1921-ci ildə Grosseto yaxınlığında anadan olmuşdu. 1966-cı ildə məşhur Arno çayı selindən zərər görmüş yüzlərlə sənət əsərinin qorunub- bərpa olunmasına kömək edən, Baldini, Uffizi Qalereyasında konservasiya studiyalarının direktoru olmuşdur. Palçıqlı, yağlı sular ikinci mərtəbədəki Uffizinin əsas qalereyaları səviyyəsinə qalxmasa da, onun anbarlarına tökülmüş və 1000-dən çox orta əsr və intibah dövrü rəsmlərinə, heykəltəraşlıqlarına və freskalarına zərər vermişdi. Sənət əsərlərini qurutmaq, təmizləmək və bərpa etmək, yeni bərpa texnikalarını hazırlamaq üçün mütəxəssislərlə birlikdə çalışmışdı. Donatello tərəfindən Mary Magdalene heykəli üzərində işləyən restavrasiyaçılar, tünd saçlı fiqurun bir zamanlar qızıl rəngli saçlarının olduğunu aşkar edərək, əvvəlcə diz uzunluğunda saçlarını örtən qızıl yarpaq qalıqlarını tapdılar.

1983-cü ildə İtaliyanın ən nüfuzlu konservasiya institutu olan Romadakı Mərkəzi Bərpa İnstitutunun direktoru seçilmişdi. Rejissor olaraq, Florensiyadakı Carmine kilsəsinin Brancacci Chapel-dəki Masaçionun freskalarını təmizləmək və bərpa etmək üçün layihəyə rəhbərlik etmişdir. 1420-ci illərdə başlamış və 60 il sonra Fillipino Lippi tərəfindən tamamlanmış freskalarda Stefanın həyatından və Adam və Həvvanın Edendən qovulması da daxil olmaqla səhnələri təsvir edilmiş və freskanın faktiki olaraq açılmamış hissələrinin aşkarlanmasına rəhbərlik edən bərpa işləri, Masaccionun şah əsərinə parlaq rənglər qaytardı.

Vittorio Granchi- XIX əsrdə fəaliyyət göstərən zərgərlik və bərpa dükanları olan florensiyalı bir sənətkar ailəsinə mənsub olan, atasının emalatxanasında təcrübə keçdikdən sonra 1920-ci illərdə Porta Romana İncəsənət İnstitutunda təhsilini başa vurmuşdu. Onun uzun sənət karyerası, ən məşhur dövlət bərpaçısı ilə paralel olaraq, sərgilər və mükafatlarla yadda qaldı. Vittorio Granchinin ən əhəmiyyətli töhfəsi, Augusto Vermehren və Gaetano Lo Vullo kimi təcrübəli bərpaçılar ilə birlikdə inkişaf etdirdiyi metodologiyalara və spesifikasiyalara görə rəngkarlıq əsərlərinin qorunması və bərpası sahəsində ortaya çıxmışdı. 1966-cı ildə Florensiya selinin zərər verdiyi əsərlərin bərpası və qorunmasında, Umberto Baldini və Gabinetto Restauri kimi bərpaçılar ilə birlikdə işləmişdir. Onun bərpa prosesində əldə etdiyi yenilikçi bir həll “Florensiya Bərpa Məktəbi”nin referanslarından biri kimi qalmaqdadır. Ugo Procacci ve daha sonra Umberto Baldini adına keçdiyi bərpa dərslərində dərin bir iz buraxaraq, Vittorio, işini gənclərə öyrətməyə həsr etmişdi.

Rusiya bərpaçılarının bu sahədə professionallığı artıq bütün dünyaya məlumdur. Bu peşədə öz imzalarını çəkmiş Raisa Dementievna Slepuşkin, Tatyana Matveevna Telyukova və.s. kimi bərpaçıların adını qeyd edə bilərik.

Raisa Dementyevna Slepuşkina- rəssam-bərpaçı 5 oktyabr 1928-ci ildə Leninqradda anadan olub. Müharibədən sonra dağıdılmış Leninqradı yenidən quracaq mütəxəssislər yetişdirmək üçün müharibədə qurulan Leninqrad Memarlıq və İncəsənət Məktəbinə daxil olmuşdu. 1947-ci ildə kolleci müvəffəqiyyətlə bitirmişdir. Bu məktəbin ilk məzuniyyəti idi. Dövlət Texnologiyaları İdarəetmə İnstitutunun tövsiyəsi ilə Raisa Dementyevnanın da daxil olduğu bir qrup məzun LARM-ə (Leninqrad memarlıq və bərpa emalatxanaları) işə göndərilmişdi. 1962-ci ildə rəssam-bərpaçıya 1 kateqoriya təyin edildi. İş təcrübəsi 27 avqust 1947-ci ildə başladı - 22 dekabr 1992-ci ildə başa çatdı. Bütün dövrləri davamlı olaraq bir təşkilatda - Restorer birliyində işləmişdi.

Slepuşkina Raisa Dementyevna monumental və dəzgah rəngkarlığını bərpa edən ən qədim Peterburq sənətkarlarından biridir. Raisa Dementyevna Sankt-Peterburq memarlıq abidələrinin interyerlərini bəzəyən çoxsaylı monumental kətanlara və dəzgah rəsmlərinə yeni həyat vermişdi.

Rəssam-bərpaçı R.D.Slepuşkinanın işlədiyi mədəni irs yerlərinin siyahısı, əksinə, həcmli və müxtəlifdir. Bura Stroganov Sarayı, Müqəddəs İsaakın Katedralı, Yusupov Sarayı, Peter və Paul qalasının Peter və Paul Katedrali, Ermitaj,Stroganov Sarayı, Toridə Sarayı, Rusiya Muzeyi, Qatçina Sarayı, Kazan Kafedralı daxildir.

Tatyana Matveyevna Telyukova- 1926-cı ildə Tomsk vilayətinin Taxtolenşevo kəndində anadan olmuşdu. Tatyana Matveyevna da Leninqrad Memarlıq və İncəsənət Məktəbinin tələbəsi olan digər bərpaçılar ilə birgə bu gün dünyada haqlı olaraq ən yaxşısı sayılan o möhtəşəm məktəbin texnikası və prinsiplərini inkişaf etdirdilər.

Uzun bir professional həyatı boyu Tatyana Matveyevna demək olar ki, dünyaca hər kəsi möhtəşəmliyi ilə valeh edən bur çox memarlıq şedevrinin canlanması üzərində çalışmışdı- Ermitaj, Ketrinin Tsarskoye Sarayı, Pavlovskiy, Grand Peterhof, Şuvalovski sarayları, Peter və Paul qalası, Alexander Nevsky Lavra, Müqəddəs İsaak kilsəsi, Nikolskiy kafedralları, Oranienbaumda çox sevdiyi Çin sarayı.

Lamiyə Fərzəliyeva-Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı