"Evdə Qal-Qalib Gəl!” layihəsi çərçivəsində "Dekorativ tətbiqi sənət " mövzusunda onlayn mühazirə keçirilib

23.04.2020 / Mühazirələr
"Evdə Qal-Qalib Gəl!” layihəsi çərçivəsində "Dekorativ tətbiqi sənət " mövzusunda onlayn mühazirə keçirilib

Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən  "Evdə Qal-Qalib Gəl!" layihəsi davam edir. 

Layihə çərçivəsində  müxtəlif  aksiyalar, rəssamların ustad dərsləri, həmçinin  incəsənət tarixi və nəzəriyyəsi haqqında mühazirələr  keçirilir.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov "Dekorativ tətbiqi sənət " mövzusunda növbəti onlayn mühazirə deyib. 

Nəzərinizə çatdıraq ki, mühazirələr mövzuya uyğun olaraq silsilə olaraq video formatında keçiriləcək. 

Layihəni qalereyanın sosial media hesabları  və rəsmi saytı (azgallery.az) vasitəsilə izləmək mümkündür.