“Qadınlar və güllər” adlı virtual sərgi keçirilib.

06.05.2020 / Sərgilər
“Qadınlar və güllər” adlı virtual sərgi keçirilib.

Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal, qalib gəl!” layihəsi çərçivəsində “Qadınlar və güllər” adlı virtual sərgi keçirib. Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus, Azərbaycan rəssamlıq sənətinə böyük töhfələr verən sənətkarlarının müxtəlif üslub və texnikalarda işlədiyi natürmort və portret janrına aid əsərlər virtual şəkildə sərgilənib.

Cavad Mircavadov "Qız muncuqla", Güllü Mustafayeva "Skripkaçı qız",Yelena Haqverdiyeva "Absolyut", Altay Sadıqzadə "Madam Klemans", Toğrul Sadıqzadə "Qırmızı paltarlı qız", Qəyyur Yunus "Bahar gözəli", Qafar Seyfullayev "Qız portreti", Tələt Şıxəliyev "Qocaman müəllim", Mikayıl Abdullayev "Çampa",Odtəkin Ağababayev "İstirahət", Əşrəf Murad "V.Tereşkovanın portreti"  Həsən Haqverdiyev "Düşüncələrdə", Rafiq Mehdiyev "İstirahət", Cavad Mircavadov "Sirk", Böyükağa Mirzəzadə "Qızılgüllər", Niyaz Nəcəfov "Payız", Toğrul Nərimanbəyov "Güllər", Xalidə Səfərova "Maral Rəhmanzadənin portreti", Mirnadir Zeynalov "Maxima çəhrayi ləçəkdə" və s. kimi rəssamların əsərləri ilə sənətsevərlər virtual şəkildə tanış olublar.

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir. “Qadınlar və güllər” adlı virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.