"İncəsənət əsərlərinin bərpası və onların metodları" mövzusunda onlayn mühazirənin ikinci hissəsi keçirilib.

19.05.2020 / Mühazirələr
"İncəsənət əsərlərinin bərpası və onların metodları" mövzusunda onlayn mühazirənin ikinci hissəsi  keçirilib.

Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən  "Evdə Qal-Qalib Gəl!" layihəsi davam edir.  Layihə çərçivəsində  müxtəlif  aksiyalar, rəssamların ustad dərsləri, həmçinin  incəsənət tarixi və nəzəriyyəsi haqqında mühazirələr  keçirilir. Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov "İncəsənət əsərlərinin bərpası və onların metodları" mövzusunda  onlayn mühazirənin ikinci hissəsini deyib. 

Nəzərinizə çatdıraq ki, mühazirələr mövzuya uyğun olaraq silsilə olaraq video formatında keçirilir. 

Layihəni qalereyanın sosial media hesabları  və rəsmi saytı (azgallery.az) vasitəsilə izləmək mümkündür.