“MİNNƏTDARIQ” adlı RESPUBLİKA RƏSM MÜSABİQƏSİNİN onlayn sərgisi açıldı

17.06.2020 / Konfranslar, İclaslar
“MİNNƏTDARIQ” adlı RESPUBLİKA RƏSM MÜSABİQƏSİNİN onlayn sərgisi açıldı

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə rəssamlıq istedadına malik olan uşaqların, yeniyetmə və gənc rəssamların yaradıcılığında COVİD-19 pandemiyası zamanı səhiyyə işçilərinin, hüquq mühafizə orqanlarının əməkdaşlarının və Azərbaycan polisinin göstərdiyi çoxsaylı fədakarlıq nümunələrinin təsviri sənət əsərləri vasitəsi ilə təbliği və tərənnümü, milli həmrəylik, milli birlik duyğularını və insanların bədii zövqünü inkişaf etdirmək, rəssamların yaradıcılığını stimullaşdırmaq, doğma Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə elan olan “MİNNƏTDARIQ” adlı Respublika Rəsm Müsabiqəsinin onlayn yekun sərgisi keçirildi.