sa sa 167
Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri yeni virtual layihələrdə iştiraka dəvət edir. Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri yeni virtual layihələrdə iştiraka dəvət edir. İyl 14, 2020 | 09:07 / Mühüm hadisələr

Ölkəmizdə COVID-19 pandemiyası ilə əlaqədar davam edən xüsusi karantin rejmi insanları müvəqqəti izolyasiya şəraitində evlərində qalmağı, tibbi maska taxmağı və sosial məsafə saxlamağı tələb edir.

Bu səbəbdən fəaliyyətini onlayn qaydada davam etdirən bir çox dövlət qurumu və  incəsənət məkanları kimi Azərbaycan Dövlət Rəsm Qalereyası da sosial media hesabları vasitəsilə sənətsevərləri asudə vaxtlarını evdə maraqlı və səmərəli keçirmələri üçün bir sıra virtual layihələr həyata keçirir.

Sənətsevərlər tərəfindən xüsusi maraqla qarşılanan #birəsər həştəqi ilə hər həftə bir incəsənət əsərlərinin bədii təhlili, eləcə də #rəssamlarıtanıtanıt devizli görkəmli Azərbaycan rəssamlarının yaradıcılığının təbliği və tanınmasına xidmət edən onlayn layihələri qeyd etmək olar. Qalereyanın  rəsmi sosial media hesabları (ADRQalereya.az,@azgallery.az) vasitəsilə incəsənətə marağın artırılması məqsədi ilə davamlı aksiyalar, rəssamlarla canlı yayımlar, müxtəlif mövzulu virtual sərgilər mövcud şəraitdə onlayn davam edir.

Bununla yanaşı, ötən həftə start götürən yeni “ARTAP” adlı incəsənətə aid maraqlı sual layihəsi sənətsevərlərin böyük marağına səbəb olub. İntellektual bilikləri müəyyənləşdirməyə, zənginləşdirməyə stimul verən “ARTAP” layihəsinin sualları hər həftənin birinci günü qalereyanın sosial media hesablarında paylaşılır.

 Qalereyanın növbəti yeniliyi “+5C” adlı ilk incəsənət mövzulu onlayn bilik  yarışmasıdır. Azərbaycan Dövlət Rəsm Qalereyası instagram (@azgallery.az) sosial media platformasında həyata keçirilən “+5C” onlayn yarışmasında İncəsənət biliyinə, dünyagörüşünə güvənən şəxsləri iştirak etməyə, 5 suala cavab verib, hədiyyə qazanmağa dəvət edir.   

Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşlarının audio məqalələrinin hazırlanması da yeni virtual layihərə daxildir.

Yeni virtual layihələri Azərbaycan Dövlət Rəsm Qalereyasının instagram (@azgallery.az), facebook(ADRQalereya.az) sosial media hesabları vasitəsi ilə qoşulub, iştirak etmək və ya izləmək  mümkündür. Qalereyanın mövcud və yeni layihələrindən xəbərdar olmaq üçün rəsmi saytımızı (www.azgallery.az) izləməyi tövsiyə edirik.

 

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook