Əbdül Şərifin sulu boya ilə onlayn ustad dərsi

29.07.2020 / Ustad dərsləri
Əbdül Şərifin sulu boya ilə onlayn ustad dərsi

Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 29 iyul saat 11:30-da rəssam Əbdül Şərifin sulu boya ilə onlayn ustad dərsi keçirilib. Tədbir Qazax Dövlət Rəsm Qalereyasının iştirakı ilə baş tutub. Rəssam Əbdül Şərif üçüncü onlayn görüşündə suluboya texnikasının xüsusiyyətlərini Qazax rayonunun şagirdlərinə canlı yayımda izah etməyə çalışıb. Rəssam uşaqların rəssamlıq bacarıqlarını inkişaf etdirmək və suluboya texnikasının özəlliklərini öyrənmək üçün dəyərli məsləhətlər vermişdir.