“Öncə Vətəndir” adlı onlayn foto-plakat sərgisi açılıb

15.09.2020 / Sərgilər
“Öncə Vətəndir” adlı onlayn foto-plakat sərgisi açılıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Öncə Vətəndir” adlı onlayn foto-plakat sərgisi açılıb.

Onlayn plakat sərgisi Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən ölkəmizin hərbi qüdrətinin, əsgərlərimizin yüksək döyüş ruhunun, qələbə əzmkarlığının təbliği işinə töhfə vermək, Azərbyacanın əzəli torpağı Dağlıq Qarabağ və sərhəd bölgələrinin erməni qəsbkarlarından müdafiə və azad edə biləcək potensialda hərbi qüdrətə malik olduğunu bütün dünya ictimaiyyətinə göstərmək məqsədi ilə həyata keçirilir.       

Hərbi vətənpərvərlik mövzusunda təşkil edilən sərginin ekspozisiyası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aidiyyəti arxivinə məxsus artilleriya silahlarının, döyüş sursatlarının, hərbi təlimlərdən və paradlardan çəkilmiş fotoşəkillərdən,  rəssam Zaur Kantemirov və Azərbyacan Dövlət Rəsm Qalereyasının əməkdaşı tərəfindən hazırlanan plakatlardan ibarətdir.

Onlayn plakat sərgisi vasitəsilə hər zaman sülh və diplomatik danışıqların tərəfdarı olan Azərbaycan əzəli torpağı Dağlıq Qarabağ və sərhəd bölgələrinin qorunması istiqamətində siyasi, diplomatik hətta hərbi üsullardan da istifadə edərək qorumağa hazır olduğunu bir daha nümayiş etdirir.

Onlayn plakat sərgisini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media (facebook, instagram) hesabları vasitəsilə izləmək mümkündür.