Müasir İncəsənət Muzeyində İrina Eldarovanın fərdi sərgisi açılıb - Xəbərlər - ADRQ
sa sa 1010
Müasir İncəsənət Muzeyində İrina Eldarovanın fərdi sərgisi açılıb Fev 08, 2017 | 13:52 / Sərgilər

Fevralın 7-də Müasir İncəsənət Muzeyində tanınmış azərbaycanlı rəssam İrina Eldarovanın “Brend kimi kişi” sərgisi açılıb.Xalq Rəssamı Fuad Salayev İrina Eldarovanın çoxşaxəli yaradıcılığından danışıb. Sankt-Peterburqdakı Repin adına Dövlət Rəssamlıq, Heykəltəraşlıq, Memarlıq İnstitutunun (1975-79-cu illər) və Moskvada yerləşən V.İ.Surikov adına Dövlət Rəssamlıq İnstitutunun (1980-82-ci illər) məzunu İrina Eldarova Moskvada doğulub. Tanınmış rəssam 1995-ci ildən “Caspian Publishing House” beynəlxalq nəşriyyat evinin art-direktorudur, xaricdə, eləcə də MDB ölkələrində keçirilən bir çox sərgilərin iştirakçısıdır. Onun yaradıcılıq fəaliyyətinə rəngkarlıq və qrafika ilə yanaşı, Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistanın irimiqyaslı nəşriyyat layihələrinin idarəçiliyi də daxildir.

Rəssam Bakıdakı “Xalqlar dostluğu” metro stansiyasının monumental mərmər pannolarının müəllifidir. O, 2007-ci ildə “Qazaxıstanın dövlət kitabının nəşri” adlı ən yaxşı layihə üzrə ölkənin jurnalistlər cəmiyyətinin mükafatına layiq görülüb.

 

 
VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook