“Azərbaycan Rəssamlarının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna dəstək məqsədi ilə satış sərgisi” baş tutmuşdur.

21.10.2020 / Sərgilər
“Azərbaycan Rəssamlarının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna dəstək məqsədi ilə satış sərgisi” baş tutmuşdur.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna dəstək məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və www.artgift.az saytının təşkilatçılığı və sizlərin dəstəyiniz ilə satış sərgisi təşkil olunacaqdır. Satışdan əldə olunan bütün vəsait Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna köçürülməsi nəzərdə tutulmuşdur.

Rəsm əsərlərinin qiyməti simvolik olaraq 50, 100, 150 AZN dəyərində qiymətləndiriləcək. Sərgi xoş əhval ruhiyyə bəxş edən, o cümlədən, Qarabağ və Qələbə əhval ruhiyyəsində yaratdılmış rəsm əsərlərindən ibarət olacaqdır.

Rəsm əsərlərinin alıcıları əsərləri bu möhtəşəm günlərimizdən xatirə kimi öz divarlarından asacaq, ödəniş isə birbaşa Fonda ediləcəkdir.

Hər bir rəsm əsəri və rəssam haqqında məlumat, rəssamın ürək sözləri Artgift reyestrində qeydə alınacaq və yayımlanacaq.

Azərbaycan Rəssamlarının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna dəstək məqsədi ilə satış sərgisi www.artgift.az incəsənət əsərlərinin satış portalı vasitəsi ilə yayımlanacaq.

BİRLİK VAXTIDIR!