Rəssam Bəhruz Kəngərli ilə izləyicilərin canlı yayım vasitəsilə görüşü keçirilib

25.12.2020 / Görüşlər
Rəssam Bəhruz Kəngərli ilə izləyicilərin canlı yayım vasitəsilə görüşü keçirilib

Azərbaycan Dövlət Rəsm Qalereyasının instagram hesabında (@azgallery.az) 25 dekabr tarixində rəssam Bəhruz Kəngərli ilə izləyicilərin canlı yayım vasitəsilə görüşü baş tutub. Görüşdə rəssam  izləyiciləri ünvanladığı suallara cavab verərək yaradıcılığı haqqında danışıb. O, bildirib ki, dünyada və ölkəmizdə baş verən proseslər mənim də yaradıcılığımdan yan keçə bilməzdi. Bəhruz Kəngərli  hazırda öz emalatxanasənda yaradıcılıqla məşğuldur və  qazandığımız qələbəyə həsr olunmuş , Qarabağ mövzusunda 40 yaxın silsilə əsərlər üzərində işləyir.