sa sa 61
Rəssam Natiq Kamal ilə “Digitalart-lab” layihəsi iştirakçılarının tanışlıq görüşü baş tutub Rəssam Natiq Kamal ilə “Digitalart-lab” layihəsi iştirakçılarının tanışlıq görüşü baş tutub Dek 27, 2020 | 11:12 / Görüşlər

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2020-ci il 26 dekabr tarixində rəssam Natiq Kamal ilə “Digitalart-lab” layihəsi iştirakçılarının “Zoom” proqramı vasitəsilə tanışlıq görüşü baş tutub.

Görüşdə rəssam Natiq Kamal iştirakçılara yaradıcılıq fəaliyyətindən danışıb və işlədiyi əsərləri iştrakçılara təqdim edib. Sentyabr ayında start verilən “Digitalart-lab” layihəsinin növbəti mərhələsinə seçilən 14 iştirakçı özləri haqqında məlumat verərək portfoliolarını təqdim ediblər.

Xatırladaq ki, 2021-ci il mart ayınadək davam etməsi nəzərdə tutulan layihədə iştirakçılar hər ay rəssam Natiq Kamalın onlayn ustad dərslərinin iştirakçısı olacaqlar.

Görüş Azərbaycan Dövlət Rəsm Qalereyasının “Elmi aşaşdırma və innovasiya” şöbəsinin müdiri  Nərgiz Əsgərovanın moderatorluğu ilə keçirilib.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook