sa sa 125
Sənətşünas Mehbarə Abbasova “Digitalart-lab” layihəsinin qonağı olacaq. Sənətşünas Mehbarə Abbasova “Digitalart-lab” layihəsinin qonağı olacaq. Yan 05, 2021 | 18:01 / Mühazirələr

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə  2021-ci il 8 yanvar saat 21:00-da sənətşünas, kurator Mehbarə Abbasova  ilə “Digitalart-lab” layihəsi iştirakçılarının “Zoom” proqramı vasitəsilə görüşü baş tutacaq.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin pedaqoqu, kurator Mehbarə Abbasova “Rəqəmsal incsənət tarixinə qısa ekskursiya”  mövzusunda mühazirə ilə çıxış edəcək.

Xatırladaq ki, sentyabr ayından start verilən “Digitalart-lab” layihəsi ölkəmizdə incəsənətin bu innovativ sahəsində çalışan gənc, peşəkar və həvəskar rəssamlarla əməkdaşlıq etmək, onların digital yaradıcılıq üslublarını tanımaq və dəstək olmaq məqsədi ilə həyata keçirilir.

Mehbarə Abbasovanın “Digitalart-lab” layihəsində çıxışını Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq video materialdan izləmək mümkün olacaq.   

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook