Bölgələrdə yaşayan rəssamlarla onlayn görüş keçirilib

15.01.2021 / Görüşlər
Bölgələrdə yaşayan rəssamlarla onlayn görüş keçirilib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə bölgələrdə yaşayan rəssamlarla onlayn görüş keçirilib.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımovun iştirakı ilə baş tutan görüşdə rəssamların fəaliyyətinin genişləndirilməsi, qalereyalarla əməkdaşlığın artırılması üçün rəssamları narahat edən məsələlər müzakirə edilib və təkliflər irəli sürülüb.     

Rəssamların  qalereya, muzeylər ilə əlaqələrini sıxlaşdırlması və regionlarda rəssamlığın keyfiyyətinin artırlması, xüsusilə istedadlı insanların sərgilərdə iştirakını təmin etmək üçün hər rayon üzrə verilən təkliflər dəyərləndirilib və icrası üçün Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov tərəfindən müvafiq tapşırıqlar verilmişdir.    

Gəncə, Şəki, Zirə, Şamaxı, Masallı, Ağdaş, Biləsuvar, Neftçala, Lənkəran və  s. şəhərlərdən görüşdə iştirak edən  rəssamların təklifləri maraqla qarşılanıb.

Müxtəlif bölgələrdə yaşayan rəssamların əlaqələr şəbəkəsinin eyni platforma üzərində qurulmasını, onların problem və təkliflərini dinlənməsini təmin edən layihə rəssamlar tərəfindən maraqla qarşılanıb.