20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb.

20.01.2021 / Sərgilər
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş “Şanlı Tarix” adlı virtual sərgi açılıb.

Sərgi xalqımızın qəhrəmanlıq salnaməsi, milli məfkurəmizin oyanışı, Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirən qəhrəmanların rəşadətini və faciələrinin real görüntüsünü nümayiş etdirmək məqsədilə həyata keçirilib.

Virtual sərgidə Faiq Əhmədov, Əyyub Hüseynov, Rafael Muradov, Nazim Rəhmanov kimi Azərbaycanın görkəmli rəssamlarının Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus 20 Yanvar faciəsinə həsr olunmuş əsərləri sərgilənib.

Virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.