“Digitalart-lab” layihəsinin iştirakçıları üçün “Game promo-art” mövzusunda ustad dərs keçirilib.

08.02.2021 / Ustad dərsləri
“Digitalart-lab” layihəsinin iştirakçıları üçün “Game promo-art” mövzusunda ustad dərs keçirilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə  “Digitalart-lab” layihəsinin iştirakçıları üçün “Game promo-art” mövzusunda rəssam Natiq Kamalın ustad dərsi baş tutmuşdur.

Natiq Kamal yaradıcı sənayenin bir sahəsi olan “Game promo-art”ın  inkişaf prosesini, mərhələlərini iştirakçılara izah etmişdir. O, nümunə kimi daha öncə rəssamı olduğu oyunun təməl prinsiplərini, səhnələrin yaradılmasını ətraflı izah etmiş və iştirakçıların suallarını cavablandırmışdır. Rəssam “Game promo-art”ın rəqəmsal incəsənətdə yerindən və mövqeyindən söhbət açmış, texniki, praktiki məsələlərə aydınlıq gətirmişdir. Natiq Kamal öz təcrübəsini dərs iştirakçiları ilə bölüşmüşdür.

Rəssam tərəfindən keçirilən ustad dərs iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Qeyd edək ki, “Digitalart-lab” layihəsi çərçivəsində rəssamların fevral ayında 2 yeni görüşü planlanlaşdırılır.