“Digitalart-lab” layihəsi çərçivəsində növbəti ustad dərsi keçirilib

13.02.2021 / Ustad dərsləri
“Digitalart-lab” layihəsi çərçivəsində növbəti ustad dərsi keçirilib

Fevralın 13-də Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə  dizayner rəssam Hüseyn Rzayev ilə “Digitalart-lab” layihəsi iştirakçılarının onlayn görüşü baş tutub.

Görüşdə  rəqəmsal incəsənət sahəsi üzrə mütəxəssis Hüseyn Rzayev “Personaj dizaynı” mövzusunda  layihənin iştirakçılarına məlumat verib və  öz təcrübələrini bölüşüb. Ustad dərsin praktiki hissəsində rəssam layihə iştirakçılarına personaj dizaynı sahəsini mərhələli şəkildə izah edib və onlayn şəkildə vacib məqamları göstərib.

Tədbirin sonunda praktiki hissə qiymətləndirilib, rəqəmsal incəsənətin  bugünkü inkişafı, rəssamların bu sahədə qarşılaşdığı problemlər və  iştirakçıların sualları ətrafında müzakirələr aparılıb.

Xatırladaq ki, ustad dərsi “Zoom” proqramı vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən  keçirilib.