sa sa 129
“Digitalart-lab” layihəsi çərçivəsində illüstrator Mahir Qafarovun "Rəqəmsal karikatura sənəti" mövzusunda ustad dərsi baş tutub “Digitalart-lab” layihəsi çərçivəsində illüstrator Mahir Qafarovun "Rəqəmsal karikatura sənəti" mövzusunda ustad dərsi baş tutub Mart 05, 2021 | 15:03 / Ustad dərsləri

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2021-ci il 4 mart tarixində “Digitalart-lab” layihəsi çərçivəsində qrafik dizayner və illüstrator Mahir Qafarovun "Rəqəmsal karikatura sənəti" mövzusunda ustad dərsi baş tutub.

Ustad dərsi rəqəmsal karikatura sənətinin inkişaf tendensiyaları, bu sahədə istifadə edilən müasir alətlər və metodların tətbiqini göstərmək, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə keçirilib.

Görüşdə rəssam öz təcrübəsini bölüşməklə yanaşı Azərbaycan karikatura sənətinin tarixindən, rəqəmsal karikatura sənətinin inkişaf tendensiyalarından iştirakçılara məlumat verib.

Xatırladaq ki, müasir dövrdə  digital incəsənətin bir növü olan rəqəmsal karikatura sənəti rəssam və dizaynerlərin yaradıcılığında yeni yanaşmaların təsiri ilə inkişaf edir. 

Ustad dərsi “Zoom” proqramı vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilib.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook