sa sa 536
“Bayrağımız qürurumuzdur!” adlı asfalt üzərində rəsm aksiyası keçirildi + Foto Noy 08, 2017 | 15:00 / Mühüm hadisələr

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Xətai Rayon İcra Hakimiyyətinin və “Xətai” Sənət Mərkəzinin təşkilatçılığı ilə 8 noyabr 2017-ci il tarixində saat 09:30-da Xətai Rayonu Heydər Əliyev Parkında (Ukrayna dairəsi) “Bayrağımız qürurumuzdur!” adlı asfalt üzərində rəsm aksiyası keçirilmişdir.  Aksiyada müxtəlif məktəblərdən olan  25-ə yaxın şagird iştirak etmişdir.

Tədbir Azərbaycan Dövlət Bayrağına sevgi və ehtiram hisslərinin tərənnüm olunması, bayrağımızın milli qürur mənbəyi kimi tanıdılması, insanlarda, xüsusən gənc nəslin nümayəndələri, eləcə də yaradıcı ziyalılar arasında üçrəngli Azərbaycan bayrağına sədaqət kimi milli vətənpərvərlik duyğularının aşılanması məqsədi ilə həyata keçirilir.

Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Abdıyeva və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov Dövlət Bayrağı Gününün və rəsm aksiyasının əhəmiyyətindən söz açdılar.

Qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökümətinin qərarı ilə qəbul edilib. Üçrəngli bayrağımız 2-ci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. Azərbaycan Respublikası İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli 595 nömrəli Sərəncamına əsasən hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

 

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook