Azərbaycan Dövlət Rəsm Qalereyası mart soyqırımına həsr etdiyi videoçarxı təqdim edib

31.03.2021 / Mühüm hadisələr
Azərbaycan Dövlət Rəsm Qalereyası mart soyqırımına həsr etdiyi videoçarxı təqdim edib

Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında törədilən soyqırım aktları olmuşdur.  Bakı şəhərində başlanılan kütləvi qırğınlar Azərbaycanın bütün ərazisinə yayılmışdır. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.

Azərbaycan təsviri sənətində və xüsusilə rəssamların yaradıcılığında xalqımıza qarşı törədilən faciələr tarixin bütün mərhələlərində yer almışdır.

Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanan videoçarxda rəssam Nazim Məmmədovun 1918-ci il mart soyqırımına həsr etdiyi silsilə qrafika və  rəngkarlıq əsərləri yer alıb. 

Vidoçarx Azrəbaycan Dövlət Rəsm Qalereyasının rəsmi “Facebook” və “İnstagram” sosial şəbəkələrdəki səhifələri vasitəsilə yayımlanıb.