“Art Management” adlı silsilə təlimlərə start verilir.

21.05.2021 / Mühüm hadisələr
“Art Management” adlı silsilə təlimlərə start verilir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2021-ci il 25 may tarixində saat 20:00-da “Art Management” adlı silsilə tədbirlərə start verilir.  

Tədbir rəssamların yaradıcılıq potensialından səmərəli istifadə etmək, onların “art management” istiqamətləri üzrə hazırlıq səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqları vaxtında aşkar edərək tədbirlər görmək, proseslərin inkişafı üçün yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə keçiriləcək.

Qeyd etmək lazımdır ki, yaradıcılıq sənayesi (“Creative industry”) bütün dünyada inkişaf edir, yeni özünürealizə  və məhsul təqdim etmə imkanları yaradır.

Bu baxımdan, ölkəmizdə əksər rəssamların “art management”in müasir satış bazarında rolundan istifadə etmələri, ənənəvi və rəqəmsal platformalarda özlərini təqdim etmə, bilik, bacarıqları və kuratorluq sahəsində sənətşünasların fəaliyyətinin yüksəldilməsi labüd sayılır.   

Vebinarlar mühazirəçi qismində sahə üzrə mütəxəssislər və təcrübəli şəxslərin iştrakı ilə əvvəlcədən planlaşdırılmış proqram əsasında keçirilməsi nəzərdə tutulur. 

Treninqlər “Zoom” tətbiqi vasitəsilə keçiriləcək. 

Silsilə təlimlərə qoşulmaq istəyənlər Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), “Facebook” və “İnstagram” sosial media hesablarını izləyə bilərlər.