"AXIN” rəssamlara dəstək yarmarkası davam edir

29.05.2021 / Sərgilər
"AXIN” rəssamlara dəstək yarmarkası davam edir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bravo marketlər şəbəkəsinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə baş tutan “AXIN” rəssamlara dəstək yarmarkası davam edir. 

Yarmarkada Azərbaycan Dövlət Rəsm Qalereyasının “AXIN” qrupu rəssamlarının kiçik ölçülü rəngkarlıq, heykəltəraşlıq və dts nümunələrinin satışı təşkil olunur. 

Satış yarmarkası rəssamlara dəstək məqsədilə  saat 17:00-dan 20:00-a kimi Koroğlu m/s yaxınlığında yerləşən Bravo hipermarketdə keçirilir. 

Xatırladaq ki, bu gün satış yarmarkasının sonuncu günüdür.