“Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisi təşkil olunub.

05.06.2021 / Sərgilər
“Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisi təşkil olunub.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə  “Böyük qayıdış. Həsrətin sonu” adlı virtual sərgi keçirilib. 

Sərgi işğaldan azad olunmuş ərazilərə Azərbaycan mədəniyyətinin qaytarılması hədəflərinə uyğun olaraq, torpaqlarımızın azad olunmasında Azərbaycan ordusunun göstərdiyi rəşadət və qəhrəmanlığa həsr olunub.   

Sərginin virtual ekspozisiyasında Elçin Mustafayev, Şəhla Qəhrəmanlı, Fərhad Yalquzaq, Ayan Əziz Məmmədova, Nərmin Hüseynova, Emin Seyidov, Lalə Hüseynova, Rahib Qarayev, Leyla Altunay və bir çox rəssamların əsərləri yer alıb.  

Virtual sərgi Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə yayımlanıb.