“AZƏRBAYCANIM” adlı RESPUBLIKA UŞAQ RƏSM FESTIVALININ rəsm müsabiqəsinin yekun sərgisi keçirilmişdir.

23.05.2018 / Sərgilər
“AZƏRBAYCANIM” adlı RESPUBLIKA UŞAQ RƏSM FESTIVALININ rəsm müsabiqəsinin yekun sərgisi keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, Xətai Sənət Mərkəzində “Azərbaycanım” Respublika Uşaq Rəsm Festivalının iştirakçıları doğma Vətənimizin gözəlliklərini son dərəcə böyük məhəbbətlə əks etdiriblər.

Tədbiri açan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov rəsm müsabiqəsinin “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində təşkil olunduğunu bildirib. Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov yeniyetmələrdə yaradıcılıq duyğularını inkişaf etdirmək, ətraf mühitə münasibət, Vətənə məhəbbət hissi aşılamaq baxımından sərginin əhəmiyyətindən danışıb və onun iştirakçılarına uğurlar arzulayıb. Xətai Rayon İcra hakimiyyətinin nümayəndəsi Pənah İmanov və Qazax rayonunda keçirilən sərginin təşkilatçılarından biri Akif Əmirov da uşaqların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsində belə sərgilərin böyük rol oynadığını bildiriblər.

Diqqətə çatdırılıb ki, festivalın rəsm müsabiqəsinə 15 yaşınadək 800 nəfərin 2 minə qədər rəsm işi təqdim edilib. Rəsmlərdən təxminən 160-ı seçilərək Xətai Sənət Mərkəzində sərgilənir. Qeyd edək ki, Qazax rayon məktəbliləri arasında keçirilən “Qazağım mənim” müsabiqəsində seçilmiş 10 rəsm əsəri də sərgidə yer alıb.

Ən yaxşı rəsm müəlliflərinə diplomlar təqdim olunub.