“MƏNİM YAY TƏTİLİM-2018” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi

07.11.2018 / Sərgilər
“MƏNİM  YAY TƏTİLİM-2018” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi

“MƏNİM  YAY TƏTİLİM-2018” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi   12 yaşa qədər uşaqlar və 12-17 yaş arası uşaqlar olmaqla iki gün 5- 6 noyabr saat 16:00-da Xətai Sənət Mərkəzində keçirilmişdir.

Müsabiqədə Xırdalan, Xətai, Masallı, Suraxanı, Gəncə, Şamaxı, Goranboy, Lənkəran, Yasamal, Şəki, Quba, Hacıqabul, Binəqədi, Sumqayıt, Qax, Salyan bölgələrin məktəbliləri,     o cümlədən 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi,        3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi, 4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi, 4 nömrəli Uşaq İncəsənət Məktəbi, 5 nömrəli Uşaq İncəsənət Məktəbi, Ağdaş rayon Mələk art studiya, An tədris mərkəzi, Azline tədris mərkəzi, Biləyən tədris  mərkəzi, Elif  Tədris Mərkəzi, Əhməd Bakıxanov adına Uşaq İncəsənət Məktəbi, Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət Məktəbi, For you tədris mərkəzi, Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Goranboy  rayon Uşaq Gənclər İnkişaf Mərkəzi, Göyərçin rəsm kursu, Günxanart studiya, Xırdalan şəhər Mədəniyyət evi, KamArt İncəsənət Qalereyası, Qax rayon Uşaq İncəsənət Məktəbi, Quba Uşaq İncəsənət Məktəbi, Lənkəran şəhər Uşaq Rəssamlıq məktəbi, Masallı Onbirillik incəsənət məktəbi, Masallı şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin rəsm dərnəyi, Maştağa Mədəniyyət Mərkəzinin rəsm kursu, Modern English tədris mərkəzi, Mübariz İbrahimov adına yaradıcılıq mərkəzi , Panda School Baku filialı, Salyan rayon Heydər Əliyev Mərkəzi, Şəki şəhər  Uşaq İncəsənət Məktəbi, Zığ qəsəbə mədəniyyət evinin rəssamlıq kursu, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.

Sərgilənən işlərin müəllifləri diplomla,  fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunublar.  Həmçinin sərgidə ayrı-ayrı təşkilatların  müxtəlif nominasiyalar üzrə diplomları təqdim olunub.