sa sa 76
Sovet İttifaqı Qəhrəmanı və rəssam Mehdi Hüseynzadənin anım günü keçirilib + Foto Noy 20, 2018 | 02:06 / Yubileylər

Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 19 noyabr 2018-ci il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Sovet İttifaqı Qəhrəmanı və rəssam Mehdi Hüseynzadənin anım günü keçirilmişdir.

Mehdi Hüseynzadə 1925-ci ildə  yazıçı Süleyman Sani Axundovun direktoru olduğu 77 saylı natamam (7 illik) orta məktəbdə (sonradan 19 saylı orta məktəb olmuşdur) oxumuşdur. Onun ilk müəllimi bəstəkar Səid Rüstəmov idi. 1932-ci ildə o, orta məktəbi bitirərək Bakı Rəssamlıq Məktəbinə daxil olmuşdur. Burada o, Kazım Kazımzadə, Əsgər Abbasov, Əli Zeynalov, Mürsəl Nəcəfov ilə birlikdə təhsil almışdır. 1936-cı ildə Bakı Rəssamlıq Məktəbini bitirən Mehdi Hüseynzadə Suraxanıda ibtidai məktəblərdən birinə müəllim göndərilmişdir. Bununla yanaşı Abbas Səhhət adına kitabxanada oxu zalının rəhbəri olmuşdur. Mehdi İncəsənət Akademiyasına qəbul olunmaq üçün Leninqrada (indiki Sankt-Pterburq) getsə də, tale elə gətmişdir ki, qəbul imtahanını verə bilmədiyi üçün Leninqrad Xarici Dillər İnstitutunda Fransız dili fakültəsinə daxil olmuşdur. Lakin poeziyaya və ədəbiyyata olan sevgisi ilə əlaqədar 1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinin ikinci kursuna köçürülmüşdür. 1941-ci ildə İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar həmin il avqust ayının 9-da sovet ordusunda xidmət etməyə başlamışdır. Döyüşlər zamanı əsir düşsə də, düşərgədən qaçaraq, Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparmış, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını yerinə yetirmişdir. 1944-cü ilin noyabrın 2-də gizli tapşırıqdan Çepovan yaşayış məntəqəsində yerləşən 9-cu korpusun qərargahına qayıdarkən Vitovlye kəndində düşmənlə döyüşərək, qəhrəmancasına həlak olmuşdur. SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 aprel 1957-ci il tarixli əmri ilə ölümündən sonra Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Onun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə bir çox işlər görülmüşdur.

“İz” silsilə layihəsinin davamı olaraq,  Mehdi Hüseynzadənin vaxtı ilə təhsil aldığı Bakı Rəssamlıq Məktəbinin bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində fəaliyyətini davam etdirdiyi nəzərə alınaraq onun 100 illiyinə həsr olunmuş anım mərasimin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təşkil olunması rəmzi məna daşıyır. Tədbir Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə baş tutmuşdur.


VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook