AXIN qrupunun təqdimatı keçirilib

16.12.2018 / Mühüm hadisələr
AXIN qrupunun təqdimatı keçirilib

15 dekabr tarixində Muzey Mərkəzinin akt zalında AXIN qrupunun teqdimatı keçirilmişdir. Teqdimatda qrupun fəaliyyəti, gələcək planları haqqında ətraflı məlumat verilmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Rəsm Qalereyasının yeni layihəsi olan “AXIN” qrupunun əsas məqsədi incəsənətlə maraqlanan bu və ya digər sahələrə aid insanları bir mərkəzdə toplamaqdır. Layihə çərçivəsində incəsənətlə bağlı müxtəlif mövzulu maarifləndirici tədbirlər təşkil edilərək ölkədə incəsənətin inkişafına dəstək olmaq, şüurlu tamaşaçını inkişaf etdirmək nəzərdə tutulub.