sa sa 225
Qazaxda görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Yeni üfüqlər” adlı rəsm sərgisi təşkil olunub + Foto Dek 18, 2018 | 11:38 / Sərgilər

18 dekabr tarixində  Qazaxda görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Yeni üfüqlər” adlı rəsm sərgisi təşkil olunmuşdur. Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının və Qazax Dövlət Rəsm Qalereyasının fondlarında olan 70 rəsm əsərinin sərgilənməsi ilə bərabər, Qazax şəhər 1 saylı uşaq musiqi məktəbinin xor kollektivi Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər.
Qazax Dövlət Rəsm Qalereyasında təşkil olunmuş sərgidə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, qonaqlardan Mədəniyyət Nazirliyi Təsviri və Dekorativ Sənət şöbəsinin müdiri, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, professor Ağəli İbrahimov, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, sənətşünas Ziyadxan Əliyev, Azərbaycan Rəssamlar İttifaqının üzvü, təşkilatçı, gənc rəssam Akif Əmirov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri Sənət Tarixi və Nəzəriyyəsi kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samir Sadıqov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Elmi-bərpa, Metodiki və Ekspozisiya şöbəsinin müdiri Elmar İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının üzvü Aynurə Mustafayeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Nəzakət Əhmədova, Azərbaycan Rəssamlar Akademiyasının üzvü Milena Nəbiyeva, RİHB aparatının məsul işçiləri, rayonda fəaliyyət göstərən ali təhsil müəssisələrinin müəllim və tələbələri, gənclər, təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan işçilər və KİV nümayəndələri iştirak ediblər.

Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən Qazax Dövlət Rəsm Qalereyasında təşkil olunmuş “Yeni üfüqlər” adlı sərgidə iştiraklarına görə qalereyanın, eləcə də musiqi məktəbinin bir sıra əməkdaşına Təşəkkürnamə təqdim olunub.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook