“Azadlıq aşiqləri günü-20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirildi

17.01.2019 / Sərgilər
“Azadlıq aşiqləri günü-20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirildi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı,   Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə azadlıq  mübarizəmizin   parlaq   səhifələrindən  olan  1990-cı  il  20 yanvar  hadisələri zamanı xalqımızın nümayiş etdirdiyi  əzmi və fədakarlığı bir daha unutdurmamaq məqsədi ilə     “Azadlıq aşiqləri günü-20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi 17 yanvar 2019-cu il saat  16:00-da Xətai Sənət Mərkəzində keçirildi.

Nəzərinizə  çatdırırıq  ki, müsabiqəyə 400-ə yaxın uşaq, 700-ə qədər əsər  təqdim  etmişdir. Sərgidə  münsiflər heyətinin seçimi ilə 110 uşağın 120-yə qədər əsəri həmçinin, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə 20-dən artıq yeniyetmə və gəncin qanlı yanvara aid əsəri,  o cümlədən, 20  yanvar  hadisələrinin    canlı  şahidi   Əməkdar     rəssam  Rəfael  Muradovun   “Qara Yanvar”  əsəri   sərgiləndi.

Sərgini giriş  sözü  ilə   açan   Dövlət   Rəsm  Qalereyasının   Direktoru  Qalib  Qasımov   20  yanvar  hadisələrinin   Azərbaycan  xalqının  azadlıq   mübarizəsini  kuliminasiya  nöqtəsi   olduğunu  və  bu  gecə    Azərbaycan  dövlətinin    müstəqilliyi   və  azadlığı      üçün  əhəmiyyət  daşıdğından    danışdı.   Sonra  natiqlərdən   Azərbaycan  Rəssamlar   İttifaqının   katibi  Professor   Ağaəli   İbrahimov,Sənətşünas    Ziyadxan  Əliyev,   Xətai  Sənət  Mərkəzinin   direktoru   Zahid  Əvəzov   sərginin  əhəmiyyətindən   danışdı     20  yanvar  şəhidlərinin   bir  qürur  və  qəhrəmanlıq   nümünəsi  olduğu    qeyd  edildi .Tədbirin  sonunda   Sərgilənən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olundular.

Qeyd  edək  ki, Müsabiqədə Bakı və Bakı ətrafı qəsəbələrdən, həmçinin, Masallı,Lənkəran,Sumqayıt, Quba, Qax, bölgələrin məktəbliləri, o cümlədən 1 Nömrəlı Uşaq Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyası, 2 Nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi, 5 Nömrəli Uşaq İncəsənət Məktəbi, H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzi rəsm Kursu, Lənkəran şəhər Uşaq Rəssamlıq məktəbi, Masallı r. Onbirillik İncəsənət Məktəbi Rəssamlıq Şöbəsi, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, Zəngin Tədris Mərkəzi və başqa kollektivlər xüsusi fəallıq göstərdilər.