Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov “Contemporary İstanbul”un qurucusu və rəhbəri cənab Ali Güreli ilə görüşmüşdür

19.03.2019 / Beynəlxalq əməkdaşlıq
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov “Contemporary İstanbul”un qurucusu və rəhbəri cənab Ali Güreli ilə görüşmüşdür

Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Əbülfəs Qarayevin tapşırığına əsasən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru vəzifəsini icra edən Qalib Qasımov 2019-cu il mart ayının 8-də Türkiyənin İstanbul şəhərində “Contemporary İstanbul”un qurucusu və rəhbəri cənab Ali Güreli ilə görüşmüşdür.

Görüş zamanı iki ölkə arasında incəsənət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.