BDU Gənc İstedadlar Liseyində Ebru sənəti üzrə ustad dərs təşkil olundu

04.05.2019 / Ustad dərsləri
BDU Gənc İstedadlar Liseyində Ebru sənəti üzrə ustad dərs təşkil olundu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 4 may 2019-cu il tarixində BDU Gənc İstedadlar Liseyində Ebru sənəti üzrə ustad dərs təşkil olundu. Ustad dərs AXIN qrupunun üzvləri ilə birgə Ebru sənətinə olan marağı artırmaq məqsədi ilə BDU “Gənc istedadlar Liseyinin” rəsm müəllimi, Ebru təhsilini Türkiyənin Eskişəhər şəhərində almış və bir neçə beynəlxalq sərgilərin qalibi olmuş və eyni zamanda AXIN qrupunun üzvü olan ebruzən Türkan Abdullayeva tərəfindən tədris olundu. İştirak edən hər kəsə təşəkkür edirik.