sa sa 132
“Mənim Şamaxım” rəsm müsabiqəsinin yekun sərgisi keçirilib + Foto May 14, 2019 | 14:00 / Sərgilər

Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunub. Dahi şair Nəsimi irsinin təbliği, Şamaxı rayonunun sakinləri arasında incəsənətə marağın artırılması, rayonun mədəni həyatının tədbirlərlə zənginləşdirilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili, həmçinin vətənpərvərlik və doğma yurda məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, uşaq və yeniyetmələrin estetik və bədii dünyagörüşünün formalaşdırılması, istedadlı uşaq və gənclərin üzə çıxarılması məqsədilə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində Şamaxı rayonunun sakinləri olan uşaqlar, yeniyetmələr və gənclər arasında “Mənim Şamaxım ” adlı rəsm müsabiqəsi elan olunub.

 Şamaxı şəhər Heydər Əliyev parkında mayın 14-də “Mənim Şamaxım” adlı rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

Müsabiqəyə Şamaxı rayonundan 70-ə yaxın uşaq, yeniyetmə və gənc qatılıb. İştirakçılar əsərlərində əsasən Şamaxının dahi şəxsiyyətlərini, əsasən də böyük Azərbaycan şairi İmadəddin Nəsiminin obrazını, tarixi abidələrini, sənət nümunələrini, müxtəlif peşə sahiblərinin obrazlarını təsvir etmişlər.

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri və fəal tədris mərkəzləri diplom və təşəkkürnamələrlə təltif olunub, seçilmiş 20 əsərin müəllifi "Azərbaycanım" Uşaq Rəsm Festivalı çərçivəsində keçiriləcək müsabiqəyə dəvət edilib.

Tədbirdə, həmçinin Əməkdar rəssam Natiq Səfərovun ustad dərsi, rayon musiqi kollektivlərinin konsert proqramı təqdim olunub.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook