Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi

22.05.2019 / Mühüm hadisələr
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyasının və “Auction Baku” MMC-nin təşkilatçılığı ilə “Hilton Baku” otelində 21 may 2019-cu il saat 12:00-da ilk dəfə olaraq incəsənət əsərlərinin auksionu keçirilmişdir.  

Auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliliyini gücləndirmək məqsədi ilə həyəta keçirilib.

Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Genadiy Brijatyuk, Zakir Hüseynov, Tofiq Cavadov, İlham Mirzeyev, Mirazər Abdullayev, Mahmud Rüstəmov, Aslan Rüstəmovun əsərləri, “İnqermandland” adlı I Pyotr dövrünə aid döyüş gəmisi maketi auksiona çıxarılıb. 

Auksionda rəssam Mahmud Rüstəmovun ilkin qiyməti 500 manat olan “Yarpaqlar” tablosu hərraca çıxarılaraq 1000 manata satıldı. Aslan Rüstəmovun “Bahar 2015” əsəri 2200 manata, Mirazər Abdullayevin “Sürət” əsəri 3300 manata, Şamil Cəfərovun “İnqermandland” gəmisi 1300 manata alıcısını tapdı. İlk auksionda ümumilikdə beş lot satıldı. Ən bahalı lot Mirazər Abdullayevin “Sürət” əsəri oldu.