Qalib Qasımov: Növbəti auksionarda innovativ metodlara, yanaşmalara istinad ediləcək

31.05.2019 / Mühüm hadisələr
Qalib Qasımov: Növbəti auksionarda innovativ metodlara, yanaşmalara istinad ediləcək

Biz hər zaman məhşur  "Sotheby's"  və “Christie's” auksionları haqqında mətbuatdan, ayrı-ayrı kütləvi informasiya vasitələrindən duyuruq, məlumat əldə edirik. İncəsənət sahəsində məhşur olan adamlar bunları bilirlər və biz düşünürk ki, respublikamızın iqtisadi inkişafı, mədəni  inkşafı buna imkan verirdi ki, bizdə də bu auksionlar olmalıdı. Bu bir zamanın tələbidi. Bu bizdə yeni bir fəaliyyət sahəsi sayılır və yeni bir art biznesin inkişafına xidmət eliyən yeni istiqamətdi. Ona görə burda vərdişlərdə önəmlidi, insanların məsələyə münasibəti, auksiona getmək, ordan əsər almaq kimi adətlərinində formalaşması mütləqdir. Ona görə bu ideya zamanın tələbi olaraq yarandı. Gənclərin bu auksionda rolu məsələsinə gəldikdə onların rolu daha çox oldu.  Gənclər innovativ metodlar, innovativ vasitələrdən istifadə edərək böyük aktivlik göstərdilər. Gənclərin marağı bizi sözün əsl mənasında sevindirdi. Onlar buna daha tez alışa bildilər və öz əsərlərini təqdim eləməyə çalışdılar. 

Bu fikrirləri  Mədəniyyət kanalının “Səhər çağı” proqramında qonaq olmuş Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov  deyib. 

O, əlavə edib ki,   auksionlar davamlı şəkildə olacaq. Bundan sonrada yeni innovativ metodlara, innovativ yanaşmalara istinad ediləcək. Onlayn və nağdsız ödənişlər  sistemi tətbiq olunacaq.