ELANLAR
Xətai Sənət Mərkəzində sərgi-plener keçiriləcək
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində ənənəvi “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi başa çatmışdır.
Uşaqlar və yeniyetmələrə vətənpərvərlik, dövlətçilik ənənələrinə sadiqlik hislərinin aşılanması, məktəblilər arasında bədii düşüncə tərzini, zövq və yaradıcılıq duyğularının formalaşdırılması, habelə, böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının stimullaşdırılması məqsədilə təşkil olunan müsabiqəyə seçim 12 yaşa qədər, 12-17 yaşarası kateqoriyası üzrə aparılıb.
Müsabiqənin mükafat fondu olan seçilmiş müəlliflərin qrup sərgisi kimi nəzərdə tutulmuş SƏRGİ-PLENERDƏ 17 balaca rəssam hər biri 3 əsəri ilə təmsil olunmaqla yanaşı, tədbirin açılışından 2 saat əvvəl sərbəst mövzuda ərsəyə gətirdikləri əsərlər sərgi-plenerdə təqdim olunacaq.
Sərgi-plener 03 fevral saat 16:00-da Xətai Sənət Mərkəzində açılacaq.
Sərgi-plener iştirakçıları diplomla təltif olunacaq.