
ELANLAR
“YURDUMUZA BAHAR GƏLİR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gənc nəsildə milli adət-ənənələrimizə hörmət və milli bayramımız olan Novruzun daha dərindən dərk olunması və gələcək nəsilə ötürülməsi məqsədi ilə ənənəvi “YURDUMUZA BAHAR GƏLİR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edir.
.Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Yurdumuza bahar gəlir” afişasına toxunmaqla və ya http://xsm.az/site/yurdumuzabahargelir/ linkinə daxil olub 1 və ya 2 əsərinizin fotosunu daxil etməklə göstərilən anketi doldurmağınız tələb olunur.
- Qeydiyyat 2020-ci il mart ayının 2-dək aparılacaq.
- Seçim iki yaş kateqoriyası üzrə keçiriləcək: 12 yaşa qədər, 12-17 yaş arası
- Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək.
- Seçim zamanı kənar (müəllim,valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.
- Müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
- Öncə sərgilənməmiş - yeni əsərlər görmək istərdik.
- Unutmayın ki, bu bir məşğuliyyət növüdür!
- I turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqdır.
Mükafatlandırma fondu
- Ən fəal 1 tədris müəssəsinin kollektiv sərgisi
- Seçilmiş 10 əsərin müəlliflərinin qrup sərgisi
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq
Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.