ELANLAR

1416

Azərbaycan Dövlət Rəsm Qalereyası növbəti videokonfrans keçirəcək

14.05.2020
Azərbaycan Dövlət Rəsm Qalereyası növbəti videokonfrans  keçirəcək

Azərbaycan Rəspublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 15 may Bakı vaxtı ilə saat 18:00-da növbəti videokonfrans keçiriləcək.
Türkiyə və Azərbaycanın tanınmış incəsənət mütəxəsislərinin iştirakı ilə baş tutacaq konfransda “İncəsənətin ənənəvi və rəqəmsal sərgi platformalarında müasir insana estetik və emosional təsiri” mövzusu müzakirə olunacaq.
Konfrans İstanbul Yeddi Təpə Universiteti “Gözəl Sənətlər” fakültəsindən Prof.Dr. Teymur Rzayev, Antalya, Ağdəniz Universiteti “Gözəl Sənətlər” fakültəsindən Dos. Dr. Tərlan Mehdiyeva, Konya, Səlcuq Universiteti “Gözəl Sənətlər” fakültəsindən professor İlham Ənvəroğlu, İstanbul Beykent Universitetinin əməkdaşı Sema Özevin, Ankaradan heykəltəraş elmlər namizədi Səid Rüstəm, Biləcik Universiteti “Gözəl sənətlər və dizayn” fakültəsindən Elçin Mustafayev, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi təsviri sənət sektorunun müdiri Qalib Qasımov, “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin rəhbəri, kolleksiyaçı Rafael Gülməmmədli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən kurator, pedaqoq Mehbarə Abbasova, Ankardan Azərbaycanlı rəssam Həmid Əlioğlu və Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi Vaqif Muğallı və s. incəsənət mütəxəsislərinin iştırakı ilə baş tutacaq.