ELANLAR

1155

“MİNNƏTDARIQ” adlı Respublika rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək

11.06.2020
“MİNNƏTDARIQ” adlı Respublika rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 12 iyun 2020-ci il tarixində saat 20:00-da “Minnətdarıq” adlı Respublika rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək.

Sərgi rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənc rəssamların yaradıcılığında hazırkı vəziyyətlə əlaqədar səhiyyə işçilərinin, hüquq mühafizə orqanlarının əməkdaşlarının və Azərbaycan polisinin göstərdiyi çoxsaylı fədakarlıq nümunələrinin təsviri sənət əsərləri vasitəsilə təbliği və tərənnümü, milli həmrəylik, milli birlik duyğularını və insanların bədii zövqünü inkişaf etdirmək, rəssamların yaradıcılığını stimullaşdırmaq, doğma Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə həyata keçirilir.

Müsabiqənin yekun sərgisini virtual qaydada Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin sosial media hesabları vasitəsilə izləmək mümkün olacaq.