ELANLAR
1969
“+5C” adlı yeni virtual layihə start verilir.
07.07.2020
Azərbaycan Dövlət Rəsm Qalereyası 8 iyul saat 18:00-da “+5C” adlı yeni virtual layihəyə start verir.
Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində ilk Azərbaycan incəsənəti mövzunu əhatə edən onlayn bilik yarışmasında iştirak etməyə, 5 suala cavab verib, hədiyyə qazanmağa dəvət edir.
Virtual layihəyə Azərbaycan Dövlət Rəsm Qalereyasının instagram (@azgallery.az) sosial media hesabının canlı yayımı vasitəsilə qoşulub, iştirak etmək mümkündür.
Yarışda iştirak etmək istəyən şəxslər qeydiyyat üçün whatsapp (077-717-33-37) nömrəsi ilə əlaqə saxlaya bilərlər.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.azgallery.az saytına istinad zəruridir.