ELANLAR

2018

“Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya festivalı çərçivəsində rəssam Cəlal Ağayevin ustad dərsi keçiriləcək.

11.08.2020
“Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya festivalı çərçivəsində rəssam Cəlal Ağayevin ustad dərsi keçiriləcək.

Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində  “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq suluboya festivalına start verilib. Festival çərçivəsində akvarel texnikasında işləyən  Azərbaycanın tanınmış rəssamlarının ustad dərsləri keçiriləcək.

Festivalın ilk ustad dərsi  avqust ayının 14-də,  saat 12:00-da “Zoom” proqramı üzərindən  Beynəlxalq sərgi və müsabiqələrin iştirakçısı rəssam Cəlal Ağayevin iştirakı ilə baş tutacaq.

Xatırladaq ki, festival suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə keçirilir.

Festival çərçivəsində rəssam Cəlal Ağayevin ustad dərsi onlayn şəkildə “Zoom” üzərindən həyəta keçiriləcək.

Ustad dərsini Xətai Sənət Mərkəzinin  (+994) 12 490 84 51/52/53, (+994) 50 564 40 70 nömrələri  ilə əlaqə saxlayıb qeydiyyatdan keçərək “Zoom” proqramı üzərindən canlı yayım vasitəsilə izləmək mümükündür.

Sənətsevərlər ustad dərsini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media (facebook, instagram) hesabları vasitəsilə də izləyə bilərlər.